Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 406,6 kq qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 71,7 kq və ya 15,0% azalıb.
2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 478,3 kq təşkil edib.
1 mart 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 140,0 kq təşkil edib ki, bu da illik müqayisədə 20,4 kq və ya 12,7% azdır.
Ötən ilin eyni dövründə hazır ehtiyat 160,4 kq olub.











