Azərbaycanın qədim şərab istehsalçısı olan “Göygöl Şərab Zavodu” ASC-nin İdarə Heyətinin Sədri dəyişib.
FED.az xəbər verir ki, 2024-cü ilin Oktyabr ayının 2-dən etibarən ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Hacıyev Rauf Akif oğlu təyin olunub.
Hacıyev Rauf 26.07.1986-ci il tarixində anadan olmuşdur. 2007-ci ildə ali təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə Kredit ixtisası üzrə bitirmişdir. Daha sonra 2007-ci ildə UNEC-in həmin ixtisas üzrə magistr dərəcəsinə qəbul olmuş və 2010-cu il tarixində bitirmişdir. H. Rauf həmçinin 2021-2022-ci il tarixləri ərzində “Cardiff Metropolitan University”-də “Master of Business Administration” ixtisası üzrə maqistr təhsilini uğurla bitirmişdir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın qədim və böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.