2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 912,8 ton duru kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 26 ton və ya 0,3% azalıb.
Ötən ilin yanvar-aprel aylarında 8 min 938,8 ton kərə yağı istehsal edilmişdi.
2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 31,8 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 109,4 ton, yəni 4,4 dəfə azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 141,2 ton olub,