2024-cü ildə Azərbaycanın ümumi duz ehtiyatları 133 738 ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü illə (114 916 ton) müqayisədə ehtiyatların 18 822 ton və ya 16,4% artması deməkdir.
İstehsal
2024-cü ildə ölkədə 87 803 ton duz istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 16 477 ton və ya 23,1% artması deməkdir. 2023-cü ildə bu göstərici 71 326 ton olmuşdu.
İdxal
2024-cü ildə ölkəyə 12 706 ton duz idxal olunub. Bu, ötən illə müqayisədə idxalın 3 052 ton və ya 31,6% artdığını göstərir. 2023-cü ildə idxal 9 654 ton təşkil etmişdi.
İlin əvvəlinə qalıq
2024-cü ilin əvvəlinə olan qalıq duz ehtiyatı 33 229 ton olub. Bu da ötən ilin müvafiq dövrü (33 936 ton) ilə müqayisədə ehtiyat qalıqlarının 707 ton və ya 2,1% azaldığını göstərir.