Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 143 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 13,9% azdır.
Karbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLAR
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir ki, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 166,1 mln. dollar təşkil edib.
Məlumata görə, bu ilin oktyabr ayında Azərbaycan 14,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 87,2% çoxdur. (Apa)