Azərbaycanın 3 sənaye parkı 10 ölkənin 40 sənaye parklarının siyahısında ilk onluqda yer alıb.
FED.az xəbər verir ki, bu barədə “BIK Ratings” reytinq agentliyinin hazırladığı siyahıda qeyd edilib.
Belə ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər, Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan və Estoniya yer tutublar.
Reytinq hazırlanarkən, sənaye parklarının vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil edilib.
Sənaye zonalarında 66 müəssisə - İstehsal Fəaliyyətinə Başlayıb
Nəticədə ilk onluğa Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar.
Bu reytinqdə ilk yeri “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı tutub. İkinci yerdə Rusiyanın Tatarıstan Muxtar Respublikasında yerləşən “Alabuqa” Xüsusi İqtisadi Zona, dördüncü yerdə Rusiyanın “Avanqard” Sənaye-Logistika Parkı, beşinci yerdə isə Rusiyanın “Ximqrad” İnvestisiya Sənaye Parkı qərarlaşıb.
Altıncı yeri Qazaxıstandakı "Milli Sənaye Neft-Kimya Texnoparkı" Xüsusi İqtisadi Zona tutur. Yeddinci pillədəki Pirallahı Sənaye Parkından sonra 8-ci yerdə yenə də Qazaxıstanın № 1 Sənaye Parkı qərarlaşıb.
Bu reytinq siyahısında Rusiyanın “Xrabrovo” Sənaye Parkı doqquzuncu olub. Reytinqin ilk onluğunu Azərbaycanın Qaradağ Sənaye Parkı qapayıb. (Report)