Azərbaycanda alkoqollu içkilər istehsalı ilə məşğul olan zavod növbəti illərdə məşhur Meksika içkisi “Tequila” (Tekila) istehsal etməyi planlayır.
Eləcə də bax: Yerli istehsal araq da - BAHALAŞDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Mərəndi Şərab Zavodu”nun (Mərəndi MMC) 57 yaşlı direktoru Vüqar Mikayılov bildirib.
“Mərəndi Şərab Zavodu bu il 1 hektar sahəyə aqava əkəcək və kötüyündən “Tekila” içkisi hazırlamaq istəyir”.
Tekilanın vətəni Meksika olan tünd alkoqollu içkidir. İlk dəfə tekila Azteklər tərəfindən hazırlanmışdır. Dünyada bu içkinin 3 növü vardır: Blanco, Repasado və Anejo. Hazırda qlobal miqyasda distil yolu ilə alınmış ən populyar istehlak edilən alkoqollu içkilərdəndir.