Azərbaycanda yeni üslubda məktəbli formalarının istehsalı ilə bağlı Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə təkliflər təqdim olunub.
Eləcə də bax: Nazir: “Vahid məktəbli forması ilə bağlı qaydalar təsdiq olunmayıb"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, hazırda bu təkliflər sözügedən qurumlar tərəfindən müzakirə olunur: "Təkliflərdə nəzərdə tutulan məqamlardan biri – məktəblilər daha yüngül, lakin rahat formalarla təmin etməkdir", - deyə S. Babayeva qeyd edib.