Azərbaycanda badam emalı zavodu açılacaq.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu zavod “Azbadam” MMC tərəfindən yaradılır.
Eləcə də bax: Azərbaycanda uşaq bezi fabriki fəaliyyətə başlayır - VİDEO
Bildirək ki, “AZBADAM” şirkəti hazırda ölkənin badam becərmə biznesi üzrə ən böyüyüdür. Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10,45 milyon manata çatdırılıb.
“AZBADAM” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır. İllik istehsal gücü 800 ton badam ləpəsidir.
Yeni yaradılan Badam Emalı Zavodunun fotolarını təqdim edirik: