Azərbaycanın “Çovdar” qızıl yataqları və ətrafdakı yataqlarda tapılan qızıl ehtiyatlarının ümumi dəyəri 4 dəfə artaraq 2 milyard dololar yaxınlaşıb.
“AzerGold”: qızıl ehtiyatı bazasında 4 qat artım
FED.az xəbər verir ki, bu artım ölkənin əsas qızıl operatoru olan “AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri zamanı aşkar edilən qızıl ehtiyatlarının arımı artımı ilə bağlıdır.
Şirkətdən verilən məlumata görə, 2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başlayan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə - Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat işləri icra edib.
Nəticədə, kəşf və tədqiq edilən yeni yataqların hesabına satılabilən qızıl ehtiyatı 179 min unsiyadan 778 min unsiyaya çatdırılıb. Bununla da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satılabilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.
Qeyd edək ki, hazırda dünya bazarında qızılın 1 unsiyasının qiyməti 2350-2400 dollar arasında dəyişir. Məsələn iyulun 10-a olan məlumata görə, qızılın 1 unsiyasının qiymiəti 2371 dollar olub.
Bu qiyməti əsas götürəndə qızıl yataqlarındakı aşkar edilən və çıxarıla bilən qızıl ehtiyatlarının ümumi dəyəri 1,8 milyard dolları keçib.