Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı müəssisəsi “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin kapitalı və rəhbərliyi açıqlanıb.
Pirallahı Sənaye Parkında yeni şirkət - 59,3 MİLYONA DƏRMAN ZAVODU QURULACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkətin Müşahidə Şurasının üzvləri Türkiyə Respublikası vətəndaşları olan Gülmüş Abidin, Hüseynov Samir Asif oğlu, Türkmen Şükrü və Ülvi Mansurov Eldar oğludur (AİŞ-in sədri). Şirkətin direktoru Gurleyen Ali Ertan
Şirkət Pirallahı Sənaye Parkıdır. Onun nizamnamə kapitalı 5 100 000 manatdır.
Xatırladaq ki, 31 iyul 2023-cü il tarixində “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti” və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün Parkın 7.8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulub.