AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan Təcrübə-Sənaye Zavodu yerli fabriklərin cihaz və mexanizmləri üçün xüsusi təyinatlı sənaye yağları istehsal edəcək.
Eləcə də bax: "Sumqayıt Texnologiyalar Parkı" daha bir - Şirkət Yaradıb
FED.az xəbər verir ki, YTP-dən verilən məlumata görə, hazırda zavodda ümumi təyinatlı “İ-12A”, “İ-20A”, “İ-30A”, “İ-40A” və “İ-50A” sənaye yağları istehsal olunur.
Aşqarsız yağlar olan və kiçik mexanizmlərdə hidravlik yağların xüsusiyyətlərini daşıyan bu sənaye yağlarından dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında, həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə edilir. Sənaye yağları sürtünmə və korroziyaya qarşı xüsusi tələbləri olmayan mexanizmlər üçün nəzərdə tutulub.
Zavodunun istehsalı olan sənaye yağlarından “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən geniş istifadə olunur. Hazırda bu yağların xarici ölkələrə ixracı ilə bağlı təkliflər nəzərdən keçirilir.