Azərbaycanda xarici film istehsalçısına da xərclər qismən geri ödəniləcək.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nda əksini tapıb .
Qaydaya əsasən, qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə filmin yerli birgə istehsalçısı olmalıdır.
Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.
Xarici film istehsalçısına dair tələblər aşağıdakılardır:
- istehsalı planlaşdırılan filmlə eyni növdən olan filmlərin çəkilişi ilə bağlı ən azı 3 (üç) il təcrübə;
- istehsalı planlaşdırılan filmə oxşar ən azı 2 (iki) filmin uğurlu istehsalı və yayımı.