2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda 310,5 min dekalitr (dkl) viski və konyak istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 214,5 min dkl və ya 3,2 dəfə artıb.
Ötən ilin yanvar-dekbr aylarında 96 min dkl viski və konyak istehsal edilmişdi.
2024-cü ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı isə 52,7 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 23 min dkl, yəni 76,8% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 29,8 min dkl olub.