Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 96,6 min dekalitr üzüm şərabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, üzüm şərabının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% və ya 42 min dekalitr azalıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 138,6 min dekalitr üzüm şərabı istehsal edilib.
Bu ilin martın 1-nə hazır məhsul ehtiyatı 645,4 min dekalitr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 157 min dekalitr və ya 19,6% azdır.