2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 166 ədəd traktor istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 62 ədəd və ya 27,2% azalıb.
2023-cü ilin yanvar-mart aylarında bu göstərici 228 ədəd təşkil edib.
2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 10 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 ədəd yaxud 33,3% azalıb.
2023-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 15 ədəd olub.