2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 409,7 min ton tikinti qumu hasil edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikinti qumu 102,3 min və ya 33,3% artıb.
2023-ci ilin yanvar-may aylarında bu göstərici 307,4 min ton təşkil edib.
01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10,8 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 2,7 min ton və ya 33% artıb.
01.06.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.