Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-aprel aylarında istehsalın ümumi dəyəri 406.8 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.6
faiz çoxdur.
Dövr ərzində beton istehsalı 39 faiz, tikinti gipsinin istehsalı 39 faiz, təbii asfalt istehsalı 32.6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25 faiz, sement istehsalı isə 21.6 faiz artıb.