Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-oktyabr aylarında istehsalın ümumi dəyəri 1 milyard 172,6 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,6 faiz arıb.
Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 52,8 faiz, beton istehsalı 31,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 24,4 faiz, sement istehsalı 11,2 faiz, asfalt istehsalı isə 10,6 faiz artıb.