2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1,3 milyon ədəd tibbi maska istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 0,6 milyon ədəd və ya 85,7% artıb.
2024-cü ilin yanvar-may aylarında bu göstərici 0,7 milyon ədəd təşkil edib.
1 iyun 2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 6 milyon ədəd olub.
Hazır məhsul ehtiyatı da əvvəlki illə müqayisədə 0,4 milyon ədəd, yəni 7% çoxdur.
1 iyun 2023-cü il vəziyyətində ölkədə 5,6 milyon ədəd hazır maska ehtiyatı olub.