Sənaye

Azərbaycanda şpris istehsalı müəssisəsi məhsul çeşidlərinin sayını - Artırır

Azərbaycanda şpris istehsalı müəssisəsi məhsul çeşidlərinin sayını - Artırır | FED.az
13:03 21 May 2021

Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsi fəliyyətini genişləndirir.

Eləcə də bax: "Alman şprisləri 1 manata satılır, bizim şprislər 8-10 qəpikdir" - ZAVOD RƏHBƏRİ

FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda hazırda 60-a yaxın işçi çalışır. Yaxın vaxtlarda zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.

Bundan başqa, “Diamed Co” MMC yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar - insulin şprisləri, 1-qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.

Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində tikilmiş zavodda İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. 

Banner
Banner

Digər xəbərlər