Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodu tikiləcək.
Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksi tikiləcək.
FED.az xəbər verir ki, bu məqsədlə Azərbaycan və Çin şirkətləri arasında sənəd imzalanıb.
Bundan əvvəl "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. CNEEC Azərbaycanda avtomobil şinlərinin istehsalını təşkil edəcək.
Eləcə də bax: Azərbaycanda yeni zavod tikiləcək
Xəbər verdiyimiz kimi, Çinin paytaxtında keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.
Belə ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
©Marja