Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edilib.
Azad edilmiş ərazilərdə iqtisadi zonaların rezidentlərinin investisiya həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2% artıb.
Sənaye məhsulunun 74,1%-i mədənçıxarma sektorunda, 20,5%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3%, poliqrafiya məhsullarının istehsalı 75,6%, kağız və karton istehsalı 44,9%, kompüter, elektron və optik məhsulların istehsalı 44,6%, elektrik avadanlıqlarının istehsalı 30,9%, geyim istehsalı 25,4%, içkilərin istehsalı 24,1%, tikinti materiallarının istehsalı 20,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9% artıb.
Qida məhsullarının istehsalı 0,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6%, tütün məmulatlarının istehsalı 4,2%, neft məhsullarının istehsalı 9%, kimya sənayesi məhsullarının istehsalı 18.1%, mebel istehsalı 18,6%, sair nəqliyyat vasitələrinin istehsalı 23,5 dəfə, hazır metal məmulatlarının istehsalı 24.5%, metallurgiya sənayesi məhsullarının istehsalı 37,7%, əczaçılıq məhsullarının istehsalı 45,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 49,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır. (İnterfaks-Azərbaycan)