Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.
"Azərkimya"nın 30 hektar torpağı Sumqayıt Kimya Sənaye Parkına verilib
FED.azxəbər verir ki, bunu Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Əsasnaməyə "Sənaye məhəlləsinin operatoru" anlayışı daxil edilib. O, müsabiqə əsasında seçilən və bağlanılan idarəetmə sazişi çərçivəsində sənaye məhəlləsinin idarə olunmasını təmin edən hüquqi şəxsdir. Eyni zamanda Əsasnaməyə “Sənaye məhəlləsinin operatorunun müsabiqə əsasında seçilməsi Qaydası” əlavə edilib.