Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri və texniki xidmət mərkəzinin tikintisi başa çatıb.
Eləcə də bax: Rusiya bankları Azərbaycana vaqonların tədarükünü - MALİYYƏLƏŞDİRƏCƏK
FED.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev bildirib.
O deyib ki, mərkəz bu ilin üçüncü rübündə tam fəaliyyətə başlayacağı planlaşdırılır.
Qeyd edək ki, mərkəzin təməlqoyma mərasimi 2019-cu ildə dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində keçirilib. Bununla bağlı“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən müvafiq saziş imzalanıb. (Report)