Qəbələdə qızıl balıq istehsalçısı olan zavodun sahibi cərimələnir. Dövlət Gömrük Komitəsi “Azerbaijan Fish Farm” MMC barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.
Eləcə də bax: “AAAF-İnşaat” “Azərişığ”ı məhkəməyə verdi – RƏSMİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət barəsində 25 iyun 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Dövlətə məxsus olan “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmləri 2019-cu ildə hərraca çıxarılmışdı. Hərracın komissiya üzvləri arasında açıq səsvermə yolu ilə “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Həmin tarixdə keçirlən hərracla bağlı xəbərlərin birində qeyd edilir ki (fed.az saytı), qalib şirkət “Azerbaijan Fish Farm” “PAŞA Holdinq” MMC-yə daxildir.