İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında “NN-Tel Group” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.
FED.az bu barədə Sumqayıt Kimya Sənaye Parkına istinadən xəbər verir.
Yeni rezident “NN-Tel Group” MMC Sənaye Parkının ərazisində PVC dam örtükləri istehsal edən müəssisə inşa edəcək. İnvestisiya həcmi 1.3 milyon manat olan müəssisədə 12 daimi iş yerinin yaradılması planlaşdırılır.