Bu ilin yanvar ayında Azərbaycanda 13,9 min ton polad boru istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 min ton və ya 3,9 dəfə çoxdur.
Ötən ilin yanvar ayında isə 3,6 min ton polad poru istehsal edilmişdi.
Bu ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,7 min ton təşkil edib ki, bu da illik müqayisə ilə 2,4 min ton, başqa sözlə 2,8 dəfə çoxdur.