2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 375,2 min dkl pivə istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 182,3 min dkl və ya 16% artıb.
Ötən ilin yanvar-aprel aylarında 1 175,2 min dkl pivə istehsal edilmişdi.
2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 274,7 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 35,6 min dkl, yəni 15% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 239,1 min dkl olub.