Azərbaycanda sənaye partlayıcılarına olan tələbatı qarşılamaq üçün ölkədə partlayıcı maddələrin istehsalı zavodunin tiknitisi nəzərdə tutulur.
Eləcə də bax: Bakıda avtomobil şampunu və nanoörtük buraxılacaq – YENİ ŞİRKƏT
FED.az xəbər verir ki, müəssisə «AzerGold» QSC tərəfindən inşa ediləcək. Bu barədə «AzerGold» QSC-nin 5 illik fəaliyyəti ilə bağlı hesabatda şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə «AzerGold» 2021-ci ildə «AzerBlast» MMC şirkətini təsis edib. Sözügedən MMC sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb.
«Şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Sözügedən şirkətin fəaliyyəti daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək»-deyə QSC-in rəhbəri bildirib.