2025-ci ildə Azərbaycanda (qaz kondensatı daxil olmaqla) 27 milyon 679,6 min ton xam neft hasil edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən illə müqayisədə neft hasilatı 1 milyon 383,4 min ton və ya 4,7% azalıb.
2024-cü ildə bu göstərici 29 milyon 63,0 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 226,0 min ton təşkil edib ki, bu da illik müqayisədə 121,2 min ton və ya 34,9% azdır.
Ötən ilin eyni dövründə hazır neft ehtiyatı 347,2 min ton olub.
Bununla yanaşı 2025-ci ildə Azərbaycanda 50 milyard 915,8 milyon kub metr təbii qaz hasil edilib, ki, ötən illə müqayisədə qaz hasilatı 319,1 milyon kub metr və ya 1,0% artıb.
2024-cü ildə bu göstərici 50 milyard 596,7 milyon kub metr təşkil edib.









