Azərbaycanda mebel sənayesinin inkuişafı üçün əsas problemlər ixtisaslı işçi qüvvəsinin az olması və mebel istehsalında istifadə olunan əsas xammalların ölkədən kənarda istehsal edilməsidir.
Bu barədə FED.az-a ölkəmizdə bu sahədə fəaliyyət göstərən şirkətləri birləşdirən «Azərbaycan Mebel İstehsalçıları Asossiasiyası»ndan bildirilib.
Assosiasiyadan bildirilib ki, qeyri-neft sektorunda kifayət qədər məhsul istehsal edilən mebel sənayesi «Embawood», «Saloglu», «Foriella», «!Rattan bağ mebelləri» və s. kimi şirkətlər tərəfindən inkişaf etdirilsə də, hələ də bu sahədə məxsus çoxsaylı problemlər yaşanmaqdadır.
Baxmayaraq ki, sovet dövründə mebel sənayesi sahəsi kifayət qədər inkişaf edib. Buna əsas səbəb sahənin inkişafı üçün lazımi qədər xammal bazasının, peşəkar kadr potensialının və hər cür avadanlıqların olması idi. Sonradan ümumi iqtisadi problemlərin fonunda xammal bazası, avadanlıqlar və s. xarici ölkələrə daşınıb. Digər problem Bu texniki peşə məktəblərinin fəaliyyətlərinin pozulması nəticəsində mebel sənayesi üzrə kadr hazırlayan ixtisasların dayanması oldu. Hərçənd son illər bu sahəyə diqqət yenidən artmağa başlayıb və kadr çatışmazlığı problemi aradan qaldırılmaq üzrədir.
Araşdırmalar göstərib ki, mebel istehsalı üzrə əsas problemlərdən biri bu sahənin əsas xammallarının - DSP və MDF materiallarının bu gün ölkəmizdə çatışmamasıdır. DSP materialı isə ümumiyyətlə ümumiyyətlə Azərbaycanda istehsal olunmur, bununla bağlı heç bir zavod yoxdur. Bu kimi səbəblər üzündən, mebel istehalı üzrə xammalın 85%-i ölkəmizə xaricdən gətirilir – deyə Assosiasiyanın araşdırmasında bildirilir.
Mebel sənayesi sahəsində mövcud olan digər ciddi problem nəqliyyat xərclərinin də yüksək həddə olmasıdır.
Azərbaycanda bu sahə ilə məşğul olan şirkətlərin lazımi qədər xammal bazasının olmaması və onun kənardan gətirilməsi, həm istehsal olunan məhsulların maya dəyərinin bahalaşmasına, həm də ucuz işçi qüvvəsi əməyinin ucuzlaşmasına səbəb olmaqdadır.
Belə problemlərin olmasına baxmayaraq, mebel istehsalı ölkəmizdə qeyri-neft sektorunun ən inkişaf etmiş yüngül sənaye sahəsi hesab olunur və dövlət səviyyəsində bu sahənin inkişaf etdirilməsinə dair qəbul olunmuş bir sıra qərarlar, sənayə zonalarının yaradılması və s. mebel sənayesi sahəsinin inkişafına böyük təkan verməkdədir.
Bir faktı da qeyd edək ki, hazırda Azərbaycandan Gürcüstana, Qazaxıstana, ABŞ-na, Qətərə və digər ölkələrə mebel ixracı həyata keçirilsə də, mebel ixracatında əsas, sərfəli istiqamət Qazaxıstan, ABŞ, Yaxın Şərq və Şimali Afrika ölkələri sayılır. Məsələ bundadırki, sadalanan ölkələrdə istehsalın səviyyəsi olduqca zəif, mebel istehlakı və qiymətləri isə yüksək həddədir. Ölkədə mebel sənayesi sahəsinin inkişafına toxunan «Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası»”nın rəhbəri Məşhur Məmmədov bildirir ki, yerli mebel şirkətlərinin xaricə məhsul ixrac etmək potensialı orta səviyyədədir. Amma dövlət tərəfindən görülən tədbirlər, mebel sənayesinin inkişafına, problemlərinin aradan qaldırılmasına təsirini göstərir. Bundan əlavə, bu sahənin inkişaf etdirlməsi üçün «Azərbaycan Mebel İstehsalçıları Asossiasiyası»na üzv olan 50 şirkətin beynəlxalq mebel sərgilərində iştirakı və mebel firmaları ilə görüşlərinin təşkil olunması da vacib şərtlərdəndir.