Koronavirus pandemiyası və neftin qiymətinin azalması, biznes proseslərinin passivləşməsi dünya ölkələrinin əksəriyyətinin, o cümlədən Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərməkdədir.
Eləcə də bax: Mərkəzi Bankdan iş adamlarına - YENİ SÜRPRİZ – ÖDƏNİŞ ÇEKLƏRİ GƏLİR
FED.az xəbəbr verir ki, pandemiyanın ölkəmizin iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupu tərəfindən vəziyyət təhlil edilərək, qısa bir müddət ərzində təsirə məruz qalmış bütün sahələr müəyyən olunub və ölkə rəhbərliyi tərəfindən biznesə dəstək paketləri qəbul edilib.
Biznesə dəstək paketində olan proqramlar, məhz post pandemiya dövründə sahibkarlığın inkişaf etdirilməsinə hesablanılmış dəstək paketidir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı verilən mühüm qərarlar və güzəşlər paketi (maliyyə dəstəyi, vergi və sosial güzəştlər paketi) mebel sənayesinin dayanıqlı dayanmasına və inkişaf etdirilməsinə çox böyük təkan verməkdədir.
İndiyədək aktiv vergi ödəyicisi olan mebel istehsalçılarının əksəriyyəti dövlətdən dəstək alıb. Ümumilikdə isə bu günə kimi təqribən 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb ki, bunların içərisində mebel isehsalçıları da var.
Bu cür güzəştlər paketi, müəyyən dövr üçün sahibkarların vergi və sosial yükün azaldılması ilə yanaşı, gələcəkdə istehsal prosesini inkişaf etdirməyə də dəstəkdir.
Azərbaycanda bir çox sahələrdə olduğu kimi, mebel sənayesinin də özünəməxsus spesfik tarixi xüsusiyyətləri var. Bu gün ölkəmizdə mebel sənayesi formalaşsa da, təəssüflər olsun ki, bu sahə üzrə məşğul olan şirkətlərin bir-biri ilə sıx əlaqəsi yoxdur. Buna görə də “Mebel İstehsalşıları Assosiasiyası” olaraq ilk növbədə onlar arasında inteqrasiya yaratmağa çalışırıq, dəyirmı masa və görüşlər təşkil edirik, hər hansı problemlı məsələ əmələ gəldikdə isə, imkan daxilində onlara dəstək də oluruq.
Məlumat uçün bildiririk ki, hal-hazırda ölkə üzrə mebel sənayesi sektorunda 10 min nəfərə qədər işçi qüvvəsi çalışır. Azərbaycanda güclü mebel istehsalçıları qüvvəsinin olmasına baxmayaraq, bu gün bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə, mebel sənayesi sektorunda çalışan işçilərin sayının artırılmasına zərurət var. Bunun üçün istehsal olunan mebellərin yalnız ölkə daxilində deyil, eyni zamanda xarici ölkələrə də ixrac olunması üçün, ölkəmizdə mebel istehsalı üzrə peşəkar kadr potensialı hazırlanmalıdır.
Hazırda bu sahədə ciddi çatışmazlıqlar mövcuddur.
Buna da əsas səbəb, ölkəmizin hec bir tədris müəssisələrində (peşə məktəblərində, kolleclərdə və univeristetlərdə) bu sahə üzrə peşə ixitsaslarının olmamasıdır.
İkinci əsas və vacib məsələ isə, ölkəmizdə mebel istehsalı üçün lazım olan əsas xammalın olmamasıdır ki, belə bir halın varlığı da, bu gün bu sahənin dayanıqlı inkişafina öz mənfi təsirini göstərməkdədir. Əgər mebel istehsalında xarici bazarlardan aldığımız aksessuarları və materialları özümüz istehsal edə bilsək, o halda bu sahənin dayanıqlı inkişafına təkan vermış olarıq.
Müsbət haldır ki, Azərbaycanda yerli xammal komponentləri olan şüşə, taxta və s. materiallar mövcuddur və onları yerli şirkətlər istesal edir. Yəni, xaricə mebel məhsulları ixrac etmək gücünə malik olmaq üçün, mebel istehsalı üçün lazım olan materilları da, məhz Azərbaycan brendi adı altında dünya bazarına ixrac etmək tələb olunur. Unutmayaq ki, mebel istesalında yerli materilların olması məhsulun maya dəyərinin aşağı düşməsinə, məsuldarlığın və əmək haqqının artmasına, qiymətlərin isə real bazar qiymətlərinə uygun olmasına öz təsirini göstərər.
Bu gün mebel sənayesini inkişaf etdirmək üçün istehsal olunan məhsulları təkcə ölkə daxilində deyil, eyni zamanda xarici ölkələrə ixrac etməyin yollarını araşdırıb tapmaq, lazımi fikir mübadiləsi aparmaq, bir sözlə ortaq tədbirlər həyata keçirmək tələb olunur.
Eyni zamanda mebel sənayesinə birbaşa xarıci investorların və xarici investisiyaların cəlb olunması, ixracyonümlü iqtisadi artım modelinin işlənib hazırlanması və stateji xəttin istehsal zəncirinə lazım olan bütün komponetlərin tamamlanması həyata keçirilməlidir. Bu kimi addımların atılması, birbaşa ölkəmizdə daha çox insanın işlə təmin olunmasına və məhsuldarlığın artmasına səbəb olacaq.
Prezident İlham Əliyev 2015-ci ildə ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq və dünya iqtisadiyyatına çıxış əldə etməyin yollarını müəyyən etmək üçün, lazımi addımların atılmasının zəruri olduğunu qeyd edib.
«Azəbaycan Mebel İstesalşıları Assosiasiyası» ictimai birliyi bu tapşırıq və tövsiyyələrini əsas tutaraq bütün mebel istesalşılarını qeyd olunan hədəf ugrunda – «Made in Azerbaijan» brendi adı altında dünya iqtisadiyyatına tanıtdırmaq və ölkə iqtisadiyyatına töhfələr vermək niyyətindəyik. Bu istiqamətdə atılan addımlar yaxın vaxtlarda öz təsdiqini tapacaq.
Əli Nağiyev
Azərbaycan Mebel İstehsalçiları Assosiasiyası İctimai Birliyinin sədr müavini