2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 844 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 2 108 ədəd və ya 3,5 dəfə azdır.
2023-cü ilin yanvar-iyun aylarında 2 952 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 2,7 dəfə artaraq 903 ədəd təşkil edib.