Bu ilin yanvar ayında Azərbaycanda 2 600 ton kolbasa istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kolbasa istehsalı 144,9 ton və ya 5,9% artıb.
2025-ci ilin yanvar ayında ölkədə 2 455 ton kolbasa istehsal edilmişdi.
Kolbasanın sürətli satışı özünü rəqəmlərdə göstərir. Belə ki, 1 fevral 2026-cı il vəziyyətinə anbarlarda hazır kolbasa ehtiyatı cəmi 19 ton təşkil edib ki, bu da illik müqayisədə 38,3 ton və ya 3 dəfə azdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə anbarlarda hazır kolbasa ehtiyatı 57,3 ton olmuşdu.











