2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 200 ədəd yük avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük avtomobili istehsalı 55 ədəd və ya 37,9% artıb.
2023-cü ilin yanvar-mart aylarında bu göstərici 145 ədəd təşkil edib.
2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 67 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 58 ədəd yaxud 7,4 dəfə artıb.
2023-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 9 ədəd olub.