Sənaye

Azərbaycanda iri şirkətin səhmdarları bu il də - DİVİDEND ALMAYACAQ

Azərbaycanda iri şirkətin səhmdarları bu il də - DİVİDEND ALMAYACAQ | FED.az
17:32 24 Aprel 2019

Aprelin 24-də Bakıda “Holcim Azərbaycan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçirilib.

FED.az xəbər verir ki, ASC-dən bildirilib ki, yığıncaqda “Holcim Azərbaycan”ın səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi, Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq edilməsi, Təftiş Komissiyasında dəyişikliklərin təsdiqi, ASC-nin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi kimi məsələlər müzakirə olunub.

Yığıncaq iştirakçıları gündəlikdəki məsələləri müzakirə edərək müəssisənin illik hesabatı və maliyyə göstəricilərini təsdiqləyib, gündəlikdəki məsələlərə dair qərarlar qəbul ediblər. Dividendlərin verilməsi ilə bağlı müzakirələr aparılıb. 

Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub. Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək. 

“Holcim Azərbaycan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun keçirilib.

Qeyd edək ki, “Holcim Azərbaycan” 80 ölkədə 80 min işçi qüvvəsi ilə fəaliyyət göstərən “LafargeHolcim” Qrupunun üzvüdür. “LafargeHolcim” dünyada sement, hazır beton məhsulları, aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən çox təcrübəyə malik olan dünya liderlərindən biridir.

Eləcə də bax: Azərbaycan və Çin şirkətləri 821 milyon dollarlıq 10 sənəd imzaladı

@FED.az, @report

Digər xəbərlər