Sumqayıtda fəaliyyətdə olan Metaləritmə Zavodunun (STP-AH MMC) direktoru dəyişib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Selman Çelik “STP-AH” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə həmyerlisi Konuralp Yurteri əvəzləyib.
Selman Çelik və Konuralp Yurter 2020-ci ilin sonları qeyd edilən şirkətə təyin edilmişdilər. S.Çelik buna qədər “STP-AH”ın baş maliyyə inzibatçısı idi.
“STP AH” Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılıb. Şirkətin 100 min manat nizamnamə kapitalı var.