Azərbaycanda pandemiya başlayandan bu günə kimi istehsal olunan tibbi maskaların sayı açıqlanıb.
FED.az xəbər verir ki, hökumətdən bildirilib ki, Azərbaycanda uğurla həyata keçirilən sosial siyasətdə insan amili, əhalinin sağlamlığının təmin olunması əsas amillərdir:
"Təsadüfi deyil ki, dünyanı koronavirus təhlükəsinin bürüdüyü bir vaxtda qısa zamanda Azərbaycanda tibbi maska istehsalı təşkil edilib, ölkəmizdə müasir dövrün çağırışlarına cavab verən infrastruktur formalaşdırılıb, əhalinin tibbi maskaya tələbatı təmin edilib. Belə ki, indiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal olunub". (Report)