İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Brake Systems Azerbaijan” MMC tərəfindən 600 min manatlıq məhsul satışı edilib. Müəssisədə hazırda Yaponiya və Cənubi Koreya istehsalı olan minik avtomobilləri üçün əyləc bəndlərinin hazırlanması həyata keçirilir.
Sənaye zonalarında avtomobil istehsalı 80% artıb
FED.az xəbər verir ki, Çinin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisədə 220 çeşiddən artıq əyləc bəndi istehsal olunur.
Müəssisədə hazırda ancaq minik avtomobilləri üçün əyləc bəndləri istehsal edilir, cari ildən etibarən isə orta çəkili yük avtomobilləri və avtobuslar üçün də sözügedən məhsulun istehsalına başlanılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 1,9 milyon manat təşkil edən müəssisədə 15 nəfər daimi işlə təmin edilib.
Cənubi Qafqazda yeganə əyləc bəndi istehsal edilən müəssisədə xammal Çin və Özbəksitandan gətirilir. Yaxın vaxtlarda isə məhsul istehsalında yerli xammaldan istifadə edilməsi planlaşdırılır.
Hazırda əyləc bəndlərinin "Klass" brendi adı altında daxili bazara satışı həyata keçirilir, eyni zamanda İraq, Qazaxıstan və s. ölkələrə də ixracı istiqamətində danışıqlar aparılır.