Azərbaycanda ilk dəfə olaraq avtomobillər üçün ən çox istifadə olunan ehtiyat hissələrin - əyləc balatalarının («nakladka») istehsalı başlanılıb.
Azərbaycanda istehsal olunan avtomobillərin satışı - ƏDV-dən AZAD OLUNACAQ
FED.az xəbər verir ki, bu hissələrin istehsalı ilə «Az-brake systems» MMC şirkəti məşğuldur.
Şirkətin rəhbəri Mehman Ağayev FED.az-a bildirib ki, hazırda 3,5 tona qədər olan bütün avtomobillər üçün «nakladka» istehsal edilir. Gələn ildən etibarən isə artıq avtobuslar və iri yük avtomobilləri üçün də istehsal başlayacaq. Hazırda şirkət velosipedlər və skuterlər üçün də bu hissələrim istehsal edir.
Şirkətin istehsal sahəsi Hacıqabul Sənaye Məhəlləsində qurulub. M.Ağayev bildirib ki, standartlara cavab verən və keyfiyyətinə görə, xarici analoqlarından qətiyyən geri qalmayan yerli əyləc balataları daxili bazarda idxalı əvəz edə bilər və qiymətlərin 10-15% azalmasına səbəb olacaq.
Yerli əyləc balatalarının satışına sentyabrdan başlanacaq.