2024-cü ilin yanvar-noyabr aylarında 14 milyard 581,5 milyon ədəd siqaret istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 336,7 milyon ədəd və ya 2,4% artım deməkdir.
Ötən ilin eyni dövründə 14 milyard 244,8 milyon ədəd siqaret istehsal olunub.
2024-cü ilin 1 dekabr tarixinə ehtiyatda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 456,4 milyon ədəd və ya 60,7% artaraq 751,9 milyon ədədə çatıb.