2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 50 min 863 ton duz istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duz istehsalı 9 min 174,6 və ya 22% artıb.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 41 min 688,4 ton təşkil edib.
01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 99,4 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı son bir ildə 29 min ton və ya 41,2% artıb.
01.08.2023-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 70,4 min ton təşkil edib.