2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 14 min 499,5 ton duru bitki yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 639 ton və ya 22,3% artıb.
Ötən ilin yanvar-aprel aylarında 11 min 860 ton duru bitki yağı istehsal edilmişdi.
2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 5 min 236,4 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 312,3 ton, yəni 5,6% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 5 min 548,7 ton olub,