“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 750 170 manat və yaxud 2,2% artırılıb.
Eləcə də bax: “Bakı Çinar Soyuducuları” zavodunun vəziyyəti - Məlum Oldu
FED.az xəbər verir ki, şirkətin kapitalı 34 677 494 manatdan 35 427 664 manata çatdırılıb.
Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. (Report)