2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 5 milyon 915,5 min manatlıq dərman istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dərman istehsalı 1 milyon 530,7 min manat və ya 34,9% artıb.
2024-cü ilin yanvar-may aylarında 4 milyon 384,8 min manatlıq dərman istehsal olunub.
1 iyun 2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 1 milyon 476,1 min manatlıq olub.
Hazır məhsul ehtiyatı da əvvəlki illə müqayisədə 1 milyon 228,5 min manat, yəni 6 dəfə çoxdur.
1 iyun 2023-cü il vəziyyətində ölkədə 247,6 milyon manatlıq dərman ehtiyatı olub.