Günlük 300 min kubmetr dəniz suyununun duzsuzlaşdırılıb şəbəkəyə ötürülməsi planlaşdırılır.
Azərbaycanda dəniz suyundan içməli su istehsalı zavodunu bu şirkətlər tikəcək - ADLARI AÇIQLANDI
FED.az xəbər verir ki, bunu ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.
O bildirib ki, Azərbaycanın su ehtiyacının 70%-i xarici ölkələrdə formalaşır. Bu baxımdan dəniz suyunun duzsuzlaşdırılması olduqca vacibdir.
"Azərbaycanın su güvənliyini, Bakının su ehtiyacını qarşılayacaq dəniz suyunun duzsuzlaşdırılması layihəsinin inşaatını 2.5 il ərzində tamamlayacayıq'- deyə Selim Güven qeyd edib. (Apa)