Azərbaycanda daha bir soyuducu istehsalı zavodunun qurulması planlaşdırılır.
Eləcə də bax: Azərbaycanın sənaye zonalarında iş yerlərinin sayı - 10 MİNƏ YAXINLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov deyib.
Onun sözlərinə görə, istehsal müəssisənin Gəncədə yaradılması nəzərdə tutulur.
"Bu layihənin icrası ilə bağlı Türkiyə ilə əməkdaşlıq etmək istəyirik və hazırda bu istiqamətdə danışıqlar aparılır", - deyə Z. Məmmədov qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 483 ədəd məişət soyuducusu istehsal olunub. İllik ifadədə istehsal 21,5% azalıb. Noyabrın 1-nə hazır məhsul istehsalı 172 ədəd təşkil edib.