Ölkəmizdə sənaye parklarının yaradılması daha böyük və xərc tutumlu layihələr olduğu üçün sənaye parkının yaradılacağı ərazinin sənaye potensialının mövcudluğu böyük əhəmiyyət kəsb edir.
Eləcə də bax: “Sumqayıt Kimya Sənaye Parkı” Yevlaxda aqropark yaradacaq
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, hazırda mövcud sənaye parklarında böyük şirkətlər təmsil olunurlar və parkların yaradılma prinsiplərinə uyğun olaraq orada xüsusilə böyük şirkətlərin fəaliyyəti məqsədəmüvafiqdir.
Bildirilir ki, sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğun artırılması məqsədilə bir sıra regionlarda sənaye məhəllələri yaradılıb. Müvafiq investisiya layihələri və digər aidiyyəti təsdiqedici sənədlər təqdim olunduqdan sonra Ucar rayonunda sənaye məhəlləsinin yaradılması məsələsi nəzərdən keçirilə bilər.
Eyni zamanda, Ucar rayonunda qida məhsullarının istehsalı iqtisadi fəaliyyət sahəsinin dəstəklənməsi məqsədilə “Toyuq ətinin emalı və kəsimi” layihəsi üzrə bir sahibkarlıq subyektinə investisiya təşviqi sənədi verilib. Layihə çərçivəsində 550-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub. (Report)