Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 5,88 min tondan çox çay istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu da bir il öncəki göstəricini 373,7 ton və ya 6,8%çoxdur.
1 iyul vəziyyətinə isə hazır məhsul ehtiyatı 95,8 ton təşkil edib.
Bundan başqa 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyon 123 min dollar dəyərində 345 ton çay ixrac olunub.
Dövlət Gömrük Komitəsinin aylıq hesbatı əsasında aparılan hesablamalara görə çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 104,5 min dollar və ya 4% , miqdar ifadəsilə 10 ton və ya 3% artıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 3 milyon 18 min dollar dəyərində 335 ton çay ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15,40 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 15,33 manat idi.
Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.